Köçəryanın oğlu həbs edildi
Dünya
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryan 2 ay müddətinə həbs edilib.
News24.az xəbər verir ki, onun həbs olunması ilə bağlı istintaqın vəsatətini hakim təmin edib.
Məhkəmə iclası 5 saatdan çox davam edib.
Təqsirləndirilən şəxsə həyat yoldaşı və uşaqları istisna olmaqla, digər şəxslərlə görüşmək qadağan edilib.
Qeyd edək ki, Robert Köçəryan və oğlu “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “çirkli pulların yuyulması” və “rüşvət almaq”da ittiham olunurlar.
Sabiq prezident barəsində qətimkan tədbiri daha sonra seçiləcək. Belə ki, məhkəmə iclasından əvvəl səhhəti pisləşən Robert Köçəryanın xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.