Kolumbiya prezidentinə sui-qəsd cəhdi

Kolumbiya prezidentinə sui-qəsd cəhdi Dünya

Kolumbiya Prezidenti Qustavo Petro üçüncü sui-qəsd cəhdindən sağ çıxdığını açıqlayıb.

News24.az xəbər verir ki, o, bir müddətdir narkotik qaçaqmalçıları tərəfindən həm açıq, həm də gizli təhdidlərə məruz qaldığını bildirib.

Prezident Petro bildirib ki, sui-qəsd barədə kəşfiyyat məlumatını həyat yoldaşı və uşaqları ilə birlikdə helikopterdə olarkən alıb. Bunun ardından helikopterlə dəniz sahilinə çıxarılıb və Prezident dəniz gəmisinə təxliyə olunub. Petro ABŞ-də fəaliyyət göstərən "X" sosial media platformasında yazıb: “Son iki günü öldürülməmək üçün qaçaraq keçirdim”.

Kolumbiya lideri əlavə edib ki, bu, ona qarşı üçüncü sui-qəsd cəhdi olub.

Qeyd edək ki, Petro 2022-ci ildən bəri prezidentdir və həm 2022, həm də 2024-cü illərdə sui-qəsdlə üzləşdiyini açıqlayıb. Ölkədə terrorizm və narkotik qaçaqmalçılığı ilə mübarizə aparılır və bu münaqişələr, xüsusilə prezident seçkiləri ərəfəsində daha da intensivləşir.