Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatdı

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatdı Dünya

Kolumbiyada avqustun 10-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb.

News24.az xəbər verir ki, bu barədə "BluRadio" məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 40 mindən çox ailə zərər çəkib.

Maqnitudası 7,4 olan zəlzələ ölkənin qərbindəki Çoko departamentinin San-Xose-del-Palmar şəhəri yaxınlığında baş verib. (APA)