Koronavirusa yoluxanları sayı artıb: - TƏHLÜKƏ VAR
Dünya
İyulun 10-dan avqustun 6-dək olan dövrdə dünyada koronavirusa yoluxma hallarının sayı əvvəlki 28 günlə müqayisədə 80% artıb.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında deyilir.
Təşkilatın məlumatına görə, ölənlərin sayı 57% azalıb.
Həmçinin qeyd edilir ki, mütəxəssislər dörd həftə ərzində dünyada 1 milyon 492 min 210 yoluxma, 2 min 560 ölüm halı qeydə alıb.
Təşkilatm tərəfindən bildirilib ki, bu dövrdə ən çox yoluxma Koreya Respublikasında, 1 milyon 278 min 65 nəfərdə aşkarlanıb, ən çox ölüm isə Braziliyada qeydə alınıb. İyulun 10-dan avqustun 6-dək orada 500 nəfər ölüb.
ÜST mayın 5-də fövqəladə vəziyyətin başa çatdığını elan etməsinə baxmayaraq, COVID-19-un "əsas təhlükə olaraq qaldığını" vurğulayıb.
Ayşən