Koronavirusun yeni ştammı sürətlə yaylır: - indi də bu ölkədə...
Dünya
Qazaxıstanda koronavirusun yeni ştammı olan “Eris”ə ilk yoluxma halı qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Azhar Giniyat məlumat verib.
O qeyd edib ki, müəyyən edilmiş virus “omikron” ştammının subvariantlarından biridir.
Ümumdünya Səhiyyə Təşkilatı hər ay virusun mutasiyaları barədə hesabat verir.
Xatırladaq ki, “Eris” ştammı ilə bağlı ilk hallar dünyada 2023-cü ilin fevralında qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı “omikron” koronavirus ştammı EG.5-in yeni variantını və onun bütün dünyada aktiv şəkildə yayılan və “eris” adlandırılan subvariantını maraq dairələri siyahısına daxil edib.
Ayşən