Koronavirusun yeni variantı - tapıldı

Koronavirusun yeni variantı - tapıldı Dünya
Böyük Britaniyada 30-dan çox mutasiya ilə xarakterizə olunan BA.2.86 koronavirus variantı aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.

“The Guardian” qəzetinin qeyd etdiyi kimi, bu tip koronavirus ilk dəfə İsraildə aşkar edilib. Daha sonra Danimarka və ABŞ-da qeydə alınıb.