Kremldən Putinin namizədliyinə münasibət: - "Qərar verilməyib"
Dünya
“Kreml hələlik Vladimir Putinin 2024-cü il prezident seçkilərində iştirakı ilə bağlı qərar verməyib”.
News24.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Məlumata görə, Putinin komandasında onun seçkilərdə namizədliyi ilə bağlı təşəbbüs qrupunun yaradılması ilə bağlı fəal müzakirələr gedir. Yekun qərar hələ razılaşdırılmayıb, amma onun tərkibinə müğənni Şaman, rejissor Nikita Mixalkov və Rusiyanın ilk qadın kosmonavtı Valentina Tereşkova daxil ola bilər. Ümumilikdə, təşəbbüs qrupunda ən azı 500 nəfər olmalıdır.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) hesab edir ki, Putin 2024-cü il seçkilərində namizəd olmaq niyyətindədir. Bununla belə, o, seçki kampaniyası çərçivəsində Ukrayna ilə müharibə mövzusundan yayınmağa çalışacaq. ISW qeyd edir ki, onun kampaniyasının əsas vurğusu “Məsih Putin” və ya “Rusiyanı sülh adasına çevirmiş lider” üzərində olacaq.
Qeyd edək ki, prezident seçkilərinin vaxtı hələlik məlum deyil.
Ayşən