Kremldən sülh AÇIQLAMASI - Rusiya sülh müqaviləsini...
Dünya
Kreml Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətinə münasibət bildirib.
News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov MDB-nin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində çıxışı zamanı şərh edib.
O qeyd edib ki, Əliyev və Paşinyan Sankt-Peterburqda tamhüquqlu danışıqlar aparmayıb, lakin qısamüddətli ünsiyyət qurmaq imkanı əldə ediblər: " Tərəflər razılaşmanın yekunlaşmasına doğru irəliləyirlər. Biz hamı ilə birlikdə işin tamamlanmasını gözləyirik”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi bu işi dəstəkləyir : "Biz inanırıq ki, sazişin bağlanması iki ölkə və bütün regionda sülhün sabitləşməsi üçün faydalı olacaq", - deyə Kreml sözçüsü fikrini yekunlaşdırıb.
Qumral