Krım partlayışını kim törədib? - – İlk açıqlama

Krım partlayışını kim törədib? - – İlk açıqlama Dünya
Krım körpüsündəki partlayış Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatıdır.

News24.az xəbər verir ki, bu barədə UNİAN hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadla məlumat yayıb.

“Krım körpüsündə partlayış Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır”, - mənbə bildirib.

Ukrayna TX hələ ki, olayı şərh etməyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq daşıyan qatarda partlayış baş verib.