Krımda partlayış: Ölən və yaralananlar var

Krımda partlayış: Ölən və yaralananlar var Dünya

Krımın Sevastopol şəhərində yaşayış binasında partlayış baş verib.

News24.az xəbər verir ki, məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, ən azı 10 nəfər yaralanaraq xəstəxanaya aparılıb.

Hadisə yerində binanın bir hissəsi dağılıb, avtomobil yanıb və yaxınlıqdakı binalar da zərər görüb. Sakinlər təxliyə olunub.

Rusiya tərəfi hadisə ilə bağlı araşdırmaya başlayıb. İlkin ehtimallardan biri qaz partlayışı olsa da, bu versiya sonradan istisna edilib.