Kuba ABŞ-nin Venesuelaya hücumlarını pislədi
Dünya
Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi hücumları pisləyib.
News24.az xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşım edərək hava zərbələrinə məruz qalan Venesuelaya dəstək ifadə edib və beynəlxalq ictimaiyyəti hadisələrə təcili reaksiya verməyə çağırıb.
Dias-Kanel ABŞ-ni Venesuela xalqına və regiona qarşı zorakılıq və qanunsuz hərəkətlərdə ittiham edib. Bu arada Venesuelanın paytaxtı Karakasda partlayış səslərinin eşidildiyi bildirilib. Venesuela hökuməti hücumlara görə ABŞ-nin məsuliyyət daşıdığını açıqlayıb və Prezident Nikolas Maduro ölkədə xarici müdaxilə səbəbilə fövqəladə vəziyyət elan edib.