Kubadan Trampın təhdidlərinə cavab
Dünya
Kuba Donald Trampın təhdidlərinə cavab verib.
News24.az xəbər verir ki, Kuba Prezidenti Miel Dias-Kanel xatırladıb ki, ölkəsi 66 ildir ABŞ-nin hücumuna məruz qalır və müstəqilliyini qorumağa davam edəcək.
Kubanın xarici işlər naziri Bruno Rodriges isə qeyd edib ki, kubalılar amerikalılardan fərqli olaraq muzdlu fəaliyyətlə, şantajla və ya digər ölkələrin işlərinə hərbi müdaxilə ilə məşğul olmurlar.
Daha əvvəl Tramp Kubanı Venesuela neftindən və pulundan ayırdığını açıqlamışdı. O, həmçinin Latın Amerikası ölkəsinin hakimiyyətindən onunla razılaşma əldə etməsini tələb etmişdi.