Kursantlar kütləvi şəkildə - ZƏHƏRLƏNDİ: 76 nəfər...
Dünya
Odessada dəniz liseyinin kursantları kütləvi şəkildə zəhərlənib.
News24.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.
Nəşr qeyd edir ki, hazırda 100 kursant zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib, daha 76 nəfər isə xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, onlar dənizçilik liseyinin yeməkxanasında keyfiyyətsiz qidadan zəhərləniblər.
Faktla bağlı cinayət işi başlanıb.
Aynurə