Küveyt hakimiyyəti regionda nüvə sızması barədə açıqlama yaydı
Dünya
Küveyt hakimiyyəti regionda nüvə sızması baş verdiyini açıqlayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə fövqəladə təhlükəsizlik protokolları tətbiq edilir.
Bu addım dövlət rəhbərliyi tərəfindən qonşu ölkələrin birində yerləşən nüvə obyektlərində mümkün qəza ilə bağlı əldə olunan məlumatlarla izah olunub.
Vətəndaşlara panikaya düşməmək, evdən çıxmamaq, bütün pəncərə və qapıları germetik şəkildə bağlamaq tövsiyə edilib.
Qeyd edək ki, Küveytə ən yaxın atom elektrik stansiyası İranın Buşehr AES-idir və ölkədən cəmi 240 km məsafədə yerləşir.
Qeyd edək ki, martın 17-də KİV-lərdə Buşehr AES-dən 200 metr məsafəyə raket zərbəsi endirildiyi bildirilib.
Tehran isə nüvə sızması ilə bağlı məlumatı təsdiqləməyib.