Küveytin İraqı atəşə tutması nəticəsində üç nəfər öldü
Dünya
Küveyt tərəfindən Bəsrə (İraq) yaxınlığında yaşayış binasının raket atəşinə tutulması nəticəsində ən azı üç nəfər həlak olub və beş nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri təhlükəsizlik və səhiyyə xidmətlərinin nümayəndələrinə istinadən xəbər verir.
Qeyd olunur ki, polisin məlumatına görə, həlak olanların sayı arta bilər, çünki bəzi zərərçəkənlər dağıntılar altında qalmaqdadır. (Report)