Latviya sərhədçiləri səfərbər etdi

Latviya sərhədçiləri səfərbər etdi Dünya
Latviyanın Dövlət Sərhəd Xidməti Belarusla sərhəddə sərhədçilərin təcili səfərbər olunduğunu elan edib.

News24.az "russian.rt"-ə istinadla xəbər verir ki, bu barədə idarənin rəsmi saytında məlumat verilib.

“Dövlət Sərhəd Xidməti bu gündən, avqustun 15-dən etibarən xarici dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi məqsədi ilə sərhəd naryadlarının xidmətə əlavə səfərbər olunmasını həyata keçirir”, - Dövlət Sərhəd Xidmətindən bildirilib.

Qeyd olunur ki, Belarusdan Latviyaya keçməyə cəhd edən miqrantların sayı artıb və son 24 saat ərzində 96 qeyri-qanuni sərhədi keçmək cəhdi qeydə alınıb.

Aydan