Lavrov İrana hücumun ağır nəticələrə səbəb ola biləcəyini dedi

Lavrov İrana hücumun ağır nəticələrə səbəb ola biləcəyini dedi Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana qarşı mümkün hərbi hücumun arzuolunmaz və ağır nəticələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

News24.az xəbər verir ki, Lavrov bu fikirləri “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində səsləndirib.

O, bildirib ki, əvvəllər İranın nüvə obyektlərinə qarşı həyata keçirilmiş hücumlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında olan obyektləri hədəf alıb və bu, ciddi risklər yaradıb.

Nazirin sözlərinə görə, həmin hücumlar zamanı nüvə qəzası riski real olub və bu cür addımlar regionda təhlükəsizliyə ciddi təhdid yarada bilər.

Lavrov qeyd edib ki, Rusiya İsrailin baş naziri Benyamin Netanyahunun İrana qarşı radikal tədbirlərdə israr etdiyini müşahidə edir. O iddia edib ki, bu cür yanaşma İranın qanuni hüquqlarının pozulması kimi dəyərləndirilə bilər. /ISNA