Limanda dəhşətli partlayış: - 7 neft tankeri yandı

Limanda dəhşətli partlayış: - 7 neft tankeri yandı Dünya
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanında bir neçə güclü partlayış baş verib, ən azı 7 tankerdə yanğın başlayıb.

News24.az 
ONA-ya istinadən xəbər verir ki, bu barədə "al-Mayadeen" telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Partlayışlar yerli vaxtla saat 4.00-7.00 aralığında ardıcıl baş verib, daha sonra tankerlərdə yanğın başlayıb.

Partlayışın səbəbi hələ müəyyənləşdirilməyib. Şahidlər liman üzərində ABŞ və Fransa hərbi təyyarələrinin uçduğunu bildiriblər.