Lirə çökdü, turist axını aşağı düşdü, - ixtisarlar başladı

Lirə çökdü, turist axını aşağı düşdü, - ixtisarlar başladı Dünya
Turist axınının aşağı olması, lirənin dəyər itirməsi, geosiyasət - bütün bunlar 2023-cü ildə Türkiyədə turizmə təsir edib.

News24.az xəbər verir ki, Türkiyə kurortlarında mövsümün qızğın vaxtında hotel işçilərinin ixtisarına başlanılıb.

“Bodrumda beşulduzlu hotellərin ortalama doluluğu hazırda 40-50% təşkil edir ki, bu da gözləniləndən xeyli aşağıdır (95%). Bodrum bu il 1,5 milyon turist qəbul etməli idi, lakin artan hotel xidmətlərinin qiymətlərisəbəbindən bu rəqəmə çatmaq mümkün olmayacaq”, - “Turizm Güncel” nəşri yazır.

Həm əcnəbilər, həm də türklər özləri qiymətlər baha olduğuna görə istirahətdən imtina edirlər.

Hotelçilər bir neçə səbəbə görə çətin vəziyyətdədirlər. Bunılar: Rekord inflyasiya; Hər şey daxil hotellərdə qida tədarükçüləri nağd ödəniş tələb etməyə başlayıblar; Turistlər gözləniləndən iki dəfə az gəlib; Hökumət minimum əməkhaqqının artırılmasını tapşırıb; Özlərini böhrandan xilas etmək üçün turizm sahibkarları yayın ortasında işçilərini ixtisar etməyə məcbur olurlar.

Turist axını ilə bağlı vəziyyətə təkcə yüksək qiymətlər deyil, həm də digər amillər - dağıdıcı zəlzələ, prezident seçkiləri, Ukrayna hadisələri təsir edib.

Akqabay