Lisey şagirdləri zəhərləndi - SƏBƏB
Dünya
Rusiyada Saratov müstəntiqləri universitetin hovuzunda bir neçə məktəblinin xlordan zəhərlənməsi ilə bağlı insidentin araşdırılmasına başlayıb.
News24.az xəbər verir ki, İstintaq Komitəsinin regional qərargahından verilən məlumata görə, beş məktəbli çimdikdən sonra özlərini pis hiss ediblər.
Prokurorluq bildirib ki, hadisə Çernışevski adına Saratov Milli Tədqiqat Dövlət Universitetinin üzgüçülük hovuzunda bədən tərbiyəsi dərsi zamanı baş verib.
Məktəblilər xlor buxarından zəhərlənmə şübhəsi ilə tibb müəssisəsinə yerləşdiriliblər.
Aynurə