Livanda həlak olanların sayı artdı: 2727 nəfər…
Dünya
Son gün ərzində İsrailin Livanın cənub rayonlarına hücumu nəticəsində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Martın 2-də başlayan hərbi eskalasiya səbəbilə həlak olanların ümumi sayı 2727 nəfərə çatıb, 8438 nəfər isə yaralanıb", – deyə, məlumatda bildirilir.
Qurumun açıqlamasına görə, hücumlara daha çox Nəbatiyə şəhəri və ətraf əraziləri məruz qalır. Bölgədə hələ də dağıntılar altından insanların xilas edilməsi işləri davam etdirilir.
"Həlak olanların və yaralıların sayı arta bilər", – nazirliyin açıqlamasında qeyd edilir.