Londonda polis qayığı körpüyə çırpıldı – Yaralananlar var

Londonda polis qayığı körpüyə çırpıldı – Yaralananlar var Dünya

Londonda Temza çayı ilə hərəkət edən polisə məxsus sürətli qayığın Vestminster körpüsünə çırpılması nəticəsində beş polis əməkdaşı xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə Skotland-Yard məlumat yayıb.

Bildirilib ki, qəza zamanı bir neçə polis əməkdaşı çaya düşsə də, onlar xilas ediliblər.

Hadisə yerinə qısa müddətdə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan polis əməkdaşları xəstəxanaya aparılıb.

Xilasetmə əməliyyatı ilə əlaqədar ətraf küçələr müvəqqəti bağlanıb, həmçinin "Vestminster" metro stansiyasının iki girişi istifadəyə bağlanıb.

Skotland-Yard xəsarət alan polis əməkdaşlarının səhhəti ilə bağlı əlavə məlumatın daha sonra açıqlanacağını bildirib.