Lüis Hemiltona cəngavər rütbəsi verildi - FOTO

Lüis Hemiltona cəngavər rütbəsi verildi - FOTO Dünya
"Formula 1"də çıxış edən "Mercedes" komandasının pilotu Lüis Hemilton mükafatlandırılıb.

News24.az xəbər verir ki, 36 yaşlı sürücü Vindzor qəsrindəki mərasimdə cəngavər rütbəsi alıb.

Yeddiqat dünya çempionu noyabrda Britaniya İmperiyasının Cəngavəri adına layiq görülmüşdü.

Qeyd edək ki, Lüis Hemilton bu il çempionluq titulunu qoruya bilməyib. O, Abu-Dabi Qran-prisində “Red Bull” komandasının pilotu Maks Ferstappenə uduzub. /Report.az/
Lüis Hemiltona cəngavər rütbəsi verildi - FOTO