Luvr soyğununda zədələnən tac yenidən bərpa olunacaq

Luvr soyğununda zədələnən tac yenidən bərpa olunacaq Dünya

Luvr Muzeyində baş vermiş soyğun zamanı zədələnən Fransa İmperatriçası Yevgeniyanın brilyantlarla bəzədilmiş tacının tam bərpa ediləcəyi açıqlanıb.

News24.az xəbər verir ki, muzeydən verilən açıqlamada bildirilib ki, ötən ilin oktyabrında baş vermiş böyük soyğun zamanı təxminən 88 milyon avro dəyərində zinət əşyaları oğurlanıb.

Hadisə zamanı soyğunçular qaçarkən brilyantlarla örtülmüş tarixi tacı yerə ataraq hadisə yerində qoyublar. Nəticədə artefakt ciddi zədələnib. Luvr Muzeyi qeyd edib ki, tac demək olar ki, bütöv vəziyyətdə tapılıb.

Soyğundan sonra ilk dəfə olaraq tacın fotoşəkilləri ictimaiyyətə təqdim edilib. Rəsmi açıqlamada bildirilib ki, artefakt şüşə vitrinin dar dəliyindən çıxarılarkən ciddi deformasiyaya məruz qalıb.