Luvrdakı oğurluq barədə kitab satışa çıxdı

Luvrdakı oğurluq barədə kitab satışa çıxdı Dünya

Fransada Luvr muzeyinin qarət olunmasından bəhs edən kitab satışa buraxılıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı BFMTV kanalı yayıb.

"Luvrun qarət edilməsi" araşdırma kitabının müəllifi jurnalist Patrisiya Turanşodur.

"Kitanda Parisin əsas muzeyinin qarət edilməsinin pərdəarxası məqamlarından bəhs edilir, həmçinin iki mədəniyyət qarşılaşdırılır – əyalətdən olan qarətçilər və dünyanın ən prestijli muzeyi", – məlumatda deyilir.

Müəllif öz kitabında qarəti "tipik fransızsayağı – yöndəmsiz, kobud, laki cəsarətli" adlandırıb.

Kanalın məlumatına görə, mayın sonunda qarətdən bəhs edən daha bir kitab satışa çıxarılacaq. Bu dəfə isə nəşr üzərində 3 jurnalist işləyib.

Xatırladaq ki, Luvr muzeyi 2025-ci il oktyabrın 19-da qarət edilib.