Maaşını verməyən müdirini - ÖLDÜRDÜ

Maaşını verməyən müdirini - ÖLDÜRDÜ Dünya

İddiaya görə, Türkiyədə aptek sahibi ilə maaşını ala bilməyən köhnə işçisi arasında mübahisə yaranıb.

News24.az xəbər verir ki, mübahisə zamanı həmin şəxsin silahlı hücumu nəticəsində saibkar ağır yaralanıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis qrupları və tibbi briqada sövq edilib.

Xəstəxanaya aparılan sahibkar kişi bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Polis qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Günel Məlikzadə