Mabel Matiz 3 il müddətinə həbs edilə bilər

Mabel Matiz 3 il müddətinə həbs edilə bilər Dünya

Məşhur türkiyəli müğənni Mabel Matizin “Ha Leylim” mahnısının sözləri və klipi ilə bağlı hazırlanan ittiham aktı tamamlanıb.

News24.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu müğənninin “ədəbsiz görüntü, yazı və ya sözləri mətbuat və yayım yolu ilə yayımlamaq, onların yayımlanmasına vasitəçilik etmək” ittihamı ilə 6 aydan 3 ilədək həbs cəzasına məhkum edilməsini tələb edib.

İttiham aktında klipdəki bəzi səhnələrin və mahnı sözlərinin birlikdə qiymətləndirildikdə cəmiyyətin ümumi əxlaqla bağlı qəbul etdiyi sərhədləri aşdığı iddia olunub.