Macarıstan Ukraynaya dəstəyi bloklayır?

Macarıstan Ukraynaya dəstəyi bloklayır? Dünya

Macarıstan Ukraynaya maliyyə dəstəyi ilə bağlı sərt mövqe sərgiləyib.

News24.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib.

“Ukraynalılar nəqliyyatı bərpa edənə qədər 90 milyard avroluq kreditlə bağlı səsvermədən, Ukraynaya hər hansı digər maliyyə dəstəyindən və ya 20-ci sanksiya paketindən söhbət gedə bilməz. Aİ-yə üzv dövlətlər bunu unuda bilərlər”, – macarıstanlı nazir bildirib.

Onun sözlərinə görə, Ukrayna neft kəməri ilə bağlı Macarıstan və Slovakiya ilə keçirilməsi planlaşdırılan görüşdən imtina edib. Ukrayna Xarici İşlər Nazirliyi isə buna cavab olaraq Macarıstanın bu açıqlamasını “uydurma” adlandırıb. (UNİAN)