Maduro və həyat yoldaşı başından xəsarət alıb - İddia

Maduro və həyat yoldaşı başından xəsarət alıb - İddia Dünya

Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores ABŞ tərəfindən ələ keçirilən zaman başlarından xəsarət alıblar.

News24.az xəbər verir ki, Maduro və həyat yoldaşı ağır polad qapının arxasında gizlənməyə çalışarkən başlarından zədələniblər. Prezident və xanımının başı həddindən artıq alçaq olan qapının dirəyinə deyib.

Bildirilib ki, ABŞ hərbçiləri onlara ilkin tibbi yardım göstəriblər.

İddiya görə, Nikolas Maduronun həyat yoldaşı Silia Flores məhkəmə zamanı özünü yaxşı hiss etməyib və başını aşağı salıb, Maduro isə oturub-durmaqda çətinlik çəkib. S.Floresin güclü əzik və hətta qabırğa sınığı almış ola biləcəyi də istisna edilmir.