Mafiya başçısı 30 illik axtarışdan sonra həbs edildi

Mafiya başçısı 30 illik axtarışdan sonra həbs edildi Dünya
"Cosa Nostra" mafiyasının başçısı Matteo Messina Denaro İtaliyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, o, 1993-cü ildən axtarılıb və İtaliyanın ən çox axtarılan cinayətkarlarından biri olub.

Mafiya başçısı Siciliyanın Palermo şəhərindəki "La Maddalena" özəl klinikasında saxlanılıb. 

Denaro birinci dərəcəli mafiyanın sonuncu lideri hesab olunur. 2002-ci ilin mayında Milanda, Romada və Florensiyada 10 nəfərin ölümünə səbəb olan silsilə partlayışların təşkilinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. //Ansa

Teymur MƏMMƏDOV
Mafiya başçısı 30 illik axtarışdan sonra həbs edildi Mafiya başçısı 30 illik axtarışdan sonra həbs edildi