Mahacqala aeroportuna dəyən ziyan - AÇIQLANDI
Dünya
Rusiyanın Dağıstan Respublikasında baş verən iğtişaşlar zamanı Mahacqala hava limanına dəyən ziyanın məbləği açıqlanıb.
News24 xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Xizri Abakarov hava limanına dəyən ziyanın 285 milyon rubl təşkil etdiyini bildirib.
Deputat vurulan ziyanın hesablanması üçün eksperlərin dəvət olunduğunu vurğulayıb.
Xatırladaq ki, Mahacqala hava limanında kütləvi igtişaşlar oktyabırn 29-da baş verib.
Hadisəyə səbəb İsrail paytaxtı Tel-Əvivdən Dağıstana müntəzəm təyyarə reysləri ilə bağlı olub.