Mabel Matiz mahnısına görə məhkəməlik oldu
Dünya
İstanbul Baş Prokurorluğu müğənni Mabel Matiz barəsində “Ha Leylim” mahnısına görə öz təşəbbüsü ilə istintaq başladıb.
News24.az xəbər verir ki, bu barədə prokurorluq açıqlama yayıb.
“İctimaiyyət arasında Mabel Matiz kimi tanınan müğənninin ifa etdiyi və rəqəmsal platformalarda yayımlanan “Ha Leylim” adlı mahnının sözləri ilə birlikdə klip görüntülərinin Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan əxlaqsızlıq cinayəti əhatəsində olduğu qiymətləndirilib, - açıqlamada bildirilib.