Makron Ermənistana səfər edəcək

Makron Ermənistana səfər edəcək Dünya

Fransa Prezidenti Emmanuel Makron Ermənistana iki günlük səfər edəcək. Səfər mayın 4-ə planlaşdırılıb.

News24.az xəbər verir ki, o, İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.

Makron sonuncu dəfə səkkiz il əvvəl, 2018-ci ildə Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci sammitində iştirak etmək üçün İrəvana səfər etmişdi. Ondan əvvəl Fransa prezidentləri Ermənistana dörd dəfə səfər etmişdilər: Jak Şirak 2006-cı ildə, Nikola Sarkozi 2011-ci ildə və Fransua Olland 2014 və 2015-ci illərdə.