Makron Trampın dəvətini rədd etməyə hazırlaşır
Dünya
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın onu “Sülh Şurası”na qoşulmaqla bağlı dəvətini rədd edəcək.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunur ki, “Sülh Şurası” Qəzza sektorunda atəşkəsdən sonra idarəetməni təmin etmək üçün nəzərdə tutulan beynəlxalq qurum kimi planlaşdırılıb. Təşkilatın nizamnaməsində o, münaqişədən zərər çəkmiş və ya risk altında olan bölgələrdə sabitliyi təşviq etməyə, etibarlı və legitim idarəetməni bərpa etməyə, davamlı sülhü təmin etməyə çalışan beynəlxalq təşkilat kimi təqdim olunur.
Şuranın tərkibinə artıq ABŞ administrasiyasının bir sıra nümayəndələri daxil edilib. Eyni zamanda, bir neçə dünya liderinə də üzvlüklə bağlı dəvətlər göndərilib.
Məlumata görə, “Sülh Şurası”nın sədri Donald Tramp olacaq. Strukturda ömürlük üzvlük üçün isə ölkələrin ən azı 1 milyard dollar ödəməsi tələb olunur.