Malayziya sahillərində miqrant gəmisi batdı: 14 nəfər itkin düşdü

Malayziya sahillərində miqrant gəmisi batdı: 14 nəfər itkin düşdü Dünya

Malayziyanın Panqkor adası yaxınlığında miqrantları daşıyan gəminin batması nəticəsində 14 nəfər itkin düşüb.

News24.az-ın məlumatına görə, gəmidə ümumilikdə 37 nəfər olub. Onların qanunsuz yollarla İndoneziyadan Malayziyaya getməyə çalışdıqları bildirilir.

Hadisədən sonra 23 nəfər, o cümlədən 7 qadın balıqçılar tərəfindən xilas edilib. Xilas olunan şəxslər polisə təhvil verilib.

Rəsmilər axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildiriblər