İmamoğlundan şəxsi təyyarəsinin olması iddialarına İLK REAKSİYA

İmamoğlundan şəxsi təyyarəsinin olması iddialarına İLK REAKSİYA Dünya

Türkiyədə həbsdə olan siyasətçi Ekrem İmamoğlu narkotik əməliyyatları fonunda gündəmə gətirilən “şəxsi təyyarəyə sahib olması” ilə bağlı iddialara ilk dəfə münasibət bildirib.

News24.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədri barəsində irəli sürülən ittihamları qətiyyətlə rədd edərək şəxsi təyyarəsinin olmadığını deyib.

“Dedilər ki, İmamoğlunun təyyarəsi var. Uşaq vaxtı oyuncaqlarım belə yox idi. Mən kənd uşağıyam. Təyyarəm olsaydı, onunla uçardım, göstərərdim. Həyatımda heç nəyi gizlətməmişəm”, – deyə o bildirib.

Qeyd edək ki, son günlər məşhurları hədəf alan narkotik əməliyyatlarından sonra bəzi şəxsi təyyarə səfərləri və Şimali Kipr Türk Respublikası istiqamətinə uçuşlarla bağlı müxtəlif iddialar səsləndirilib və bu məsələlər İmamoğlunun adı ilə əlaqələndirilib.