Maqadandakı kömür mədənində 4 nəfərin meyiti aşkarlandı

Maqadandakı kömür mədənində 4 nəfərin meyiti aşkarlandı Dünya

Rusiyanın Maqadan bölgəsindəki kömür mədənində aparılan axtarışlar zamanı dörd nəfərin meyiti tapılıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

"Mayın 3-də Susumanski şəhər rayonunda axtarış-xilasetmə əməliyyatları zamanı dörd nəfərin meyiti aşkar edilib. İlkin məlumata görə, dağıntılar altında səkkiz nəfərə qədər insan qala bilər", - deyə açıqlamada bildirilir.

Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatları gecə-gündüz davam edir.

Xatırladaq ki, aprelin 30-da Maqadan bölgəsindəki Kadıkçanski açıq kömür mədənində sel nəticəsində qaya kütləsi uçqunu baş verib.