Mark Rutte Ərdoğandan dəstək istəyəcək

Mark Rutte Ərdoğandan dəstək istəyəcək Dünya

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Hollandiyanın Baş naziri Mark Rutteni qəbul edəcək.

News24.az xəbər verir ki, NATO Baş Katibliyinə namizəd olan Rutte martın 31-də prezident Ərdoğana zəng edərək namizədliyə dəstək istəyib. Bu dəfə isə İstanbulda keçiriləcək görüşdə üzbəüz dəstək istəyəcək.

Qeyd edək ki, görüşdə Türkiyə-Hollandiya münasibətləri və Avropa İttifaqına üzvlük prosesi də müzakirə olunacaq.


Günel Məlikzadə