Market şəbəkəsindən kütləvi - İXTİSAR

Market şəbəkəsindən kütləvi - İXTİSAR Dünya

Böyük Britaniyanın aparıcı supermarket şəbəkələrindən biri olan Sainsbury's 3000-dən çox işçisini işdən çıxaracağını və mağazalarındakı bütün kafeləri bağlayacağını açıqlayıb. 

News24.az xəbər verir ki, şirkət bu qərarı illik 1 milyard funt-sterlinq qənaət hədəfinin bir hissəsi kimi qəbul edib.

Sainsbury-nin baş direktoru Saymon Roberts bildirib ki, qəbul edilən qərarlar şirkətin səmərəliliyini artırmaq məqsədi daşıyır. Şirkət mağazada qalan 61 kafesini, isti yemək və pizza piştaxtalarını bağlayacaq.

Bu ərazilərdə populyar məhsullar adi ərzaq mağazalarının rəflərinə keçəcək. 

Qeyd edək ki, bu qərarlar Böyük Britaniyada artan biznes xərcləri və vergi yükləri səbəbindən qəbul edilib.


Məryəm İlhamqızı