Maskın planları dəyişdi – Mars missiyası təxirə salındı
Dünya
“SpaceX” bu il üçün planlaşdırılan Mars missiyasını təxirə salaraq Ay uçuşuna üstünlük verib.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, “SpaceX” 2027-ci ilin mart ayında Aya pilotsuz eniş missiyası həyata keçirməyi planlaşdırır. Şirkətin qurucusu İlon Mask daha əvvəl Ay layihələrini “yayındırıcı manevr” adlandırıb.
Qeyd edək ki, “SpaceX” 2026-cı ilin sonuna qədər beş “Starship” kosmik gəmisini Marsa göndərməyi planlaşdırırdı.