Mədəsində gəzdirdiyi narkotik maddələr - PARTLADI - VİDEO

Mədəsində gəzdirdiyi narkotik maddələr - PARTLADI - VİDEO Dünya
63 yaşlı İsveç vətəndaşı Rupen Harotonian mədəsində gəzdirdiyi narkotik kapsullarının partlaması nəticəsində vəziyyəti ağırlaşıb.

News24.az xəbər verir ki, xəstəxanaya aparılan kişinin mədəsində külli miqdarda narkotik maddə aşkarlanıb.

Həmin şəxsin mədəsindəki 6 ədəd maddə həkimlər tərəfindən çıxarılsa da, ölüm riski olduğu üçün əməliyyatı davam etdirmək mümkün olmayıb. Həmin şəxs bədəninə qarışan narkotik maddələrdən elə həmin gecə dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs İrandan İstanbula gəlib.