MEDİA: Rusiya İrana İsrailin enerji obyektlərinin siyahısını verdi

MEDİA: Rusiya İrana İsrailin enerji obyektlərinin siyahısını verdi Dünya

Rusiyanın İrana İsrailin enerji infrastrukturuna aid 55 mühüm hədəfdən ibarət siyahı təqdim etdiyi iddia olunur.

News24.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri Ukrayna kəşfiyyatına yaxın mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, sözügedən siyahı mümkün hücumlar zamanı İsrailin elektrik sisteminə ciddi zərbə vurmaq və ölkənin enerji şəbəkəsinin iflici riskini artırmaq məqsədi daşıyır. Hesabatda hədəflərin strateji əhəmiyyətinə görə üç kateqoriyaya bölündüyü bildirilir.

Belə ki, siyahıya əsasən, əsas enerji istehsal müəssisələri, iri şəhər və sənaye mərkəzlərini təmin edən enerji qovşaqları, həmçinin transformator yarımstansiyaları potensial hədəflər kimi göstərilir.

İddialara görə, prioritet hədəflər sırasında Aralıq dənizi sahilində yerləşən "Orot Rabin Power Station" xüsusi yer tutur. Bu obyekt İsrailin ən iri elektrik stansiyalarından biri hesab olunur.