Medvedçukun əmlaklarına həbs qoyuldu

Medvedçukun əmlaklarına həbs qoyuldu Dünya
Ukrayna məhkəməsi Müxalifət Platformasının həbsdə olan lideri Viktor Medvedçuk və onun həyat yoldaşı Oksana Marçenkonun 154 daşınar və daşınmaz əmlakına həbs qoyub.

News24.az RİA-ya istinadən xəbər verir ki, həbs qoyulan əmlaklar arasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və bir motorlu yaxta var. 

Medvedçuk və Marçenkonun benefisiar sahibləri olduğu 25 şirkətin nizamnamə kapitalındakı payları barədə də həbsqərarı verilib.