Məhəllə muxtarına eşşək hücum etdi, xəstəxanalıq oldu
Dünya
Türkiyənin Manisa bölgəsində sahibsiz eşşəyi üzüm qurudulan ərazidən uzaqlaşdırmağa çalışan məhəllə muxtarı Ekrem Hayri Türk heyvanın hücumuna məruz qalıb.
News24.az xəbər verir ki, eşşək onu yağının 5 yerindən dişləyib.
Xəstəxanaya müraciət edən Ekrem Hayri Türkə 5 tikiş qoyulub və quduzluğa qarşı peyvənd vurulub.
Türkün tutaraq öz fermasına apardığı eşşəyin daha sonra Fermer Mallarının Mühafizəsi əməkdaşlarına təhvil veriləcəyi bildirilib.