Meksikada avtomobil partladıldı - Ölən və yaralananlar var

Meksikada avtomobil partladıldı - Ölən və yaralananlar var Dünya

Meksikanın mərkəzində avtomobil partladılıb.

News24.az xəbər verir kli, hadisə nəticəsində ən azı iki hüquq-mühafizə əməkdaşı həlak olub.

Məlumata görə, hadisə şəhərin dini bayram tədbiri zamanı baş verib.

Partlayış nəticəsində daha 15 nəfər qəlpə yarası alıb. Yaralananlar arasında körpə uşaq da var. Zərərçəkənlər şəhər xəstəxanalarına yerləşdirilib.

İlkin məlumata əsasən, avtomobilə partlayıcı qurğu bölgədə fəaliyyət göstərən cinayətkar qruplaşmaların üzvləri tərəfindən yerləşdirilib.