Məktəblər 40 gün tez bağlanacaq - Bu ölkədə
Dünya
Meksikadə məktəblərin 2026-cı il tədris ilini 40 gün tez başa vuracağı açıqlanıb.
News24.az xəbər verir ki, məlumata görə, qərar həm həddindən artıq isti hava şəraiti, həm də 2026 FIFA Dünya Kuboku ilə əlaqədar qəbul edilib.
Meksikanın Dövlət Təhsili Naziri Mario Delqado bildirib ki, tədris ili iyunun 5-də yekunlaşacaq.
Qeyd edək ki, 2026-cı il Dünya Kuboku ABŞ, Kanada və Meksikanin birgə ev sahibliyi ilə keçiriləcək.