Məktəblilərə telefondan istifadə qadağan edilir - Bu ölkədə
Dünya
Rusiyada sentyabrın 1-dən məktəblilərin dərs zamanı mobil telefonlardan istifadəsi ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Təhsil Nazirliyinin 316 nömrəli əmri 115 nömrəli sənədə dəyişiklik edir və dərs zamanı mobil rabitə vasitələrindən istifadə qaydalarını müəyyənləşdirir.
Belə ki, dərs zamanı şagirdlərə mobil telefondan istifadə etmək qadağan olunacaq. Yalnız şagird və ya məktəb əməkdaşının həyatı və sağlamlığı üçün təhlükə yarandıqda, eləcə də, digər fövqəladə hallarda istisnaya yol veriləcək.
Şagirdlər isə tənəffüs zamanı təhsil müəssisəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq telefon və digər elektron cihazlardan istifadə edə biləcəklər.