Mer hərbçilərə ÇAĞIRIŞ ETDİ - Şəhər boşaldılır

Mer hərbçilərə ÇAĞIRIŞ ETDİ - Şəhər boşaldılır Dünya

İsrailin Sderot şəhərinin meri Alon Davidi hərbçiləri mülki insanları təxliyə etməyə çağırıb.

News24.az xəbər verir ki, oktyabrın 12-də Qəzza zolağından kütləvi atəşə tutulan Sderotda yeddi raketin düşdüyü qeydə alınıb. 

Hücumlar nəricəsində 5 şəhər sakini yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar Aşkelondakı Barzilai xəstəxanasına aparılıb.

Yenilənmiş məlumata görə, iki nəfər hava hücumu siqnalını eşidib və qorunan məkana qaçıb, lakin onlar çatmağa vaxt tapmayıb və qəlpə yaraları alıb.

Atəşdən sonra Sderot şəhərinin meri Alon Davidi hökuməti yaşadığı şəhərin bütün sakinlərinin təxliyəsini təşkil etməyə çağırıb. O, vurğulayıb ki, bir çox şəhər sakinləri öz vəsaitləri hesabına müvəqqəti mənzil tapa bilmirlər. “Sderotda olmaq həyat üçün təhlükəlidir. Şəhər əhalisi ən azı bir az dincliyə layiqdir. Biz gülləbaran altında yaşamağa öyrəşmişik, lakin bütün təcrübəmiz mövcud vəziyyətin öhdəsindən gəlməyə kömək etməyəcək”, - mer bildirib.

Davidi izah edib ki, o, artıq hökumət üzvləri ilə təxliyə ilə bağlı danışıb və indi bu məsələni ictimaiyyətə çatdırmaq qərarına gəlib.

Daha əvvəl Sderotdan yaşlı repatriantlar, daha sonra isə yaşı 60-dan yuxarı olan tək sakinlər və azyaşlı uşaqlı ailələr təxliyə edilib. Merin sözlərinə görə, şəhər sakinlərinin təxminən 45%-i qalıb. Alon Davidi qeyd edib ki, “hər kəsi çıxarsaq, bu, ordu və polisin raketlərin düşdüyü yerlərdə işləməsini asanlaşdıracaq”.

Keçmişdə Sderot sakinlərinin çoxu şəhəri tərk edib və ya hərbi əməliyyatlar bitənə qədər nisbətən təhlükəsiz ərazilərə köçürülüb. 

Akqabay

Mer hərbçilərə ÇAĞIRIŞ ETDİ - Şəhər boşaldılır