"Mercedes" zavoduna silahlı hücum - 2 nəfər öldü

"Mercedes" zavoduna silahlı hücum - 2 nəfər öldü Dünya
Almaniyanın Baden-Vürtemberq əyalətinin Sindelfingen şəhərində “Mercedes” zavoduna silahlı hücum olub.

News24.az xəbər verir ki, binaya açılan atəş nəticəsində 2 nəfər ölüb.

İddialara görə, ölən şəxslər Türkiyə vətəndaşları olub. 

Hücumun səbəbi isə hələlik məlum deyil.

Qumral Əliyeva