Məscidə içində “ağ toz” olan məktub - göndərildi
Dünya
İsveçin Göteborq şəhərindəki məscidə məktubda şübhəli ağ toz maddəsinin göndərildiyi bildirilib.
News24.az "A haber"-ə istinadla xəbər verir ki,Göteborq polisindən verilən açıqlamada Göteborqun Hisingen rayonundakı məscidə məktubda şübhəli ağ toz maddənin göndərildiyi bildirilib.
Açıqlamada şübhəli ağ tozun araşdırılmasının davam etdiyi və hadisə ilə bağlı istintaq açıldığı vurğulanıb.
Göteborq İslam Mədəniyyəti Dərnəyinin rəhbəri Fərəc Semmo dövlət televiziyası SVT-yə bildirib ki, o, anonim məktubu araşdıran zaman onun əllərinə ağ toz bulaşıb.
Cümə namazından sonra polisə məlumat verdiyini bildirən Semmo, namaza gələnlər arasında panika yaratmamaq üçün bir müddət gözlədiklərini qeyd edib.
Aydan